3 Sentyabr 2023 14:34
16 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hakimiyyət çevrilişinin baş verdiyi Qabonla hərbi əməkdaşlığını dayandırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir Fransa ilə hərbi əməkdaşlığı dayandıran Nigerdə də vəziyyətin onlar üçün ürəkaçan olmadığını deyib.

Niger və Qabonda durumun dəyişdiyini söyləyən Lekornu hərbçilərin legitim hakimiyyətləri devirdiklərini xatırladıb.

Nazir Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla əlaqə saxladıqlarını da bildirib. Eyni zamanda, Lekornu hərbi xuntanın Nigerdəki 1500 fransız hərbçisinin ölkədən çıxması tələbini rədd etdiklərini açıqlayıb.

Niger bundan əvvəl Fransanın bu ölkədəki səfirinin də çıxarılmasını tələb etmişdi.

Qabonla yanaşı, Niger də Fransa ilə bütün hərbi əməkdaşlığı dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər