4 Sentyabr 2023 11:58
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli Hamit Karakuş Şimali Hollandiya (Noord Holland) əyalətinin polis rəisi təyin edilib.

Teleqraf.com xəbər verir ki, ümumi əhalisi 3 milyon olan əyalətdə Hollandiyanın ən böyük şəhəri - paytaxt Amsterdam da daxil olmaqla 44 şəhər yerləşir.

58 yaşlı Hamit Karakuş Hollandiya Senatındakı vəzifəsindən ayrılaraq yeni vəzifəsinin icrasına başlayıb. Onun gələcəkdə İşçi Partiyasına rəhbərlik edəcəyi gözlənilir.

On il Rotterdam və Şidam polis idarələrində çalışan Karakuş Rotterdam bələdiyyəsində sədr müavini, daha sonra isə Senat üzvü olub.

Gelderland Polis Məktəbini bitirən ilk türk olan Karakuş siyasətdə də yeni cığır açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər