Qırğızıstan Prezidenti Sadır Japarov iddia edir ki, onilliklər sonra ölkədə nə baş verəcəyini indidən görə bilir.
Teleqraf.com xəbər verir ki, Qırğızıstan lideri bu istedadın ona Allah tərəfindən verildiyini deyib.
“20-30 ildən sonra xalqımızın başına nə gələcəyini, hansı yolun gediləcəyini görmək qabiliyyətim var. Bu bacarığı mənə Allah verib”, - Japarov bildirib.
Qırğızıstan prezidenti əlavə edib ki, hər kəs indi baş verənləri müşahidə edərək gələcəyi proqnozlaşdıra bilər.