5 Sentyabr 2023 12:07
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və İngiltərə xüsusi təyinatlıları 2014-cü ildən sonra ukraynalılara şəhər müharibələri üçün xüsusi təlimlər keçiblər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin təqaüdçü jandarma polkovniki, analitik Əray Güçlüər deyib.

“Ukraynada sülh olmayacaq. Artıq döyüşmək istəyən Rusiya deyil. Ukrayna sülh istəmir. İndi Rusiya desə ki, Donbası da, Krımı da verirəm, bununla da razılaşmayacaqlar”, - analitik bildirib.

Güçlüər ABŞ-ın yeni Suriya planı ilə bağlı da diqqətçəkən iddia irəli sürüb. Polkovnik Amerikanın bölgədəki aktorlarla mübarizə aparmaq üçün Bəşər Əsəd rejimini devirmək və Suriyanı nəzarətə götürmək istədiyini vurğulayıb.

Suriyada Türkiyə də daxil olmaqla üç böyük akyor arasında uçurumu dərinləşdirəcək planların həyata keçiriləcəyini iddia edən Güçlüərin bununla bağlı fikri belədir:

“Başda Türkiyə, Rusiya və İran arasında baş verə biləcək təxribatlara qarşı daha diqqətli olmağın lazım olduğu dövrə qədəm qoymuşuq. Əsədin nəzarətində olan druzların yaşadığı və yatırılması mümkün olmayan yerlərdə çoxlu üsyanlar var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər