7 Sentyabr 2023 10:57
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna şəhərlərinə gecə hücumu zamanı Rusiyadan ölkə ərazisinə 33 İran PUA-sı (“Şahid”) atılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Gecə saatlarında Odessa və Sumı vilayətləri “Şahid”lərin hücumuna məruz qalıb. PUA-lar Rusiya ərazisindən (Kursk, Primorsk-Axtarsk və Çauda) atılıb. Əsasən Odessa vilayətinin cənub rayonları istiqamətində ümumilikdə 33 dron buraxılışı qeydə alınıb.

Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri 33 PUA-dan 25-ni məhv edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər