BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində (19-25 sentyabr) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Quterreşin mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi brifinqdə taxıl müqaviləsi üzrə mümkün təmaslar barədə sualı cavablandırarkən deyib.
O, bəyan edib ki, BMT bütün səviyyələrdə Rusiyadan ərzaq və gübrə ixracını təmin etmək üçün işlərini davam etdirir.
“Əlbəttə, Baş katib Baş Assambleya çərçivəsində Türkiyə Prezidenti ilə görüşmək istərdi. Müzakirələrin təfərrüatları haqqında indi danışmaq faydalı olmaz. Biz Rusiya ərzaq və gübrələrinin ixracını təmin etmək üçün bütün səviyyələrdə qarşılıqlı əlaqəni davam etdiririk”, - deyə o, qeyd edib.