ABŞ Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib.
Qeyd edilib ki, paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün avadanlıq, artilleriya sursatları, minatəmizləmə texnikası və s. daxildir.