“Rusiya müdafiə naziri Sergey Şoyqu Çinə işləyir və Ukraynada məğlubiyyətin əvəzini tezliklə canı ilə ödəyə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi və jurnalist Vyaçeslav Maltsev deyib.
“Priqojindən əvvəl əsas namizəd Şoyqu idi. Şoyqu Çin agentidir, 90-cı illərdə işə götürülən “çinli” casusdur. Elə bir il olmayıb ki, Şoyqu ən azı on dəfə Çinə getməsin. Si Cinpini seçilməsi münasibətilə ilk o təbrik edib. Çinə gələndə tez-tez Cinpinlə görüşür, onların qeyri-rəsmi münasibəti var. Putin Şoyquya toxuna bilməz. Ən azı belə zənn edirəm”, - Maltsev bildirib.
Bununla yanaşı, o, müdafiə nazirinin Rusiya liderinin hakimiyyəti üçün təhlükəli olmadığını da iddia edib. Ən azı siyasi hədəfləri baxımından.
Maltsevin iddiasına görə, hakimiyyət daxilində olan bir neçə qrup Şoyquya qarşı sui-qəsd planı hazırlayıb və ya bu barədə düşünüb. Onun fikrincə, separatçı İqor Strelkov-Qirkin Şoyquya qarşı sui-qəsdin hazırlanmasına görə həbs edilib. Maltsev növbəti sui-qəsd cəhdinin yaxın vaxtlarda baş verə biləcəyini söyləyib.