13 Yanvar 2015 17:22
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və Livanda son bir həftədə 36 suriyalı donaraq həyatını itirib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Suriya İnqilab Koordinaları Birliyindən məlumat verilib.

Yayılan məlumatlara görə, ölənlərdən 24-ü azyaşlıdır. Ölüm halları əsasən Suriyanın Şam, Hələb, Kobani, Dera şəhərlərində və Livandakı qaçqın düşərgələrində qeydə alınıb.

Rəsmilər isə soyuqların hələ bir müddət davam edəcəyini bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər