Ukrayna xarici dövlətlərə enerji ixracatını daandırmaq qərarına gəlib. Bu, ölkə daxilində enerji istehsalı gücünün aşağı düşməsi ilə izah edilir.
Beləliklə, Ukraynadan Belarus və Moldovaya elektrik enerjisinin ixracatı dayandırılıb. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bununla bağlı Ukraynanın Energetika Nazirliyi rəsmi açıqlama yayıb.
“Ukraynanın elektrik enerjisi sistemində stehlak- istehsalat gücləri arasında balanslaşdırılmış rejimin qorunub saxlanılması və istehlakçıların elektrik enerjisi ilə daim təmin olunması məqsədi ilə Belarus və Moldovaya elektrik enerjisinin ixracı müvəqqəti dayandırılır”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ukraynadakı elektrik enerjisi çatışmazlığı Donbasdakı kömür şaxtalarına nəzarətin itirilməsi ilə bağlıdır.