Volqoqrad vilayətinin Kalaçevski rayonunda Su-24 təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı rayonun əməliyyat xidmətlərindəki mənbə təsdiqləyib.
“Bu, təlim uçuşu idi”, - deyə bildirilib.
Hazırda pilotların taleyinin naməlum olduğu qeyd edilib.
Təyyarənin havaya qalxdıqdan az sonra radarlardan itdiyi məlum olub. Daha sonra yerdə yanğın aşkar edilib.