13 Sentyabr 2023 08:28
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitələri ölkə Prezidenti Cozef Baydenin impiçmenti üzrə mümkün səsvermə ərəfəsində rəsmi araşdırmaya başlayıb.

Teleqraf.com xəbər verir ki, müvafiq sərəncamı qanunverici orqanın aşağı palatasının sədri, Kaliforniya ştatından olan respublikaçı Kevin Makkarti elan edib.

“Nümayəndələr Palatasının komitələrinə prezident Cozef Baydenin mümkün impiçmenti ilə bağlı rəsmi təhqiqata başlamağı tapşırıram. Son bir neçə ay ərzində Nümayəndələr Palatasının respublikaçıları prezident Baydenin davranışına - korrupsiya mədəniyyətinə dair ciddi və inandırıcı sübutlar aşkar ediblər”, - o, Konqresdə jurnalistlərə açıqlamasında deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər