Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında dostluq, hər iki xalqın rifahı və Şimali Koreya lideri Kim Çen Inın şərəfinə qədəh qaldırıb.
Teleqraf.com xəbər verir ki, Putin ölkəsinə səfər edən koreyalı həmkarının şərəfinə rəsmi narahat verib.
“Ölkələrimiz - Rusiya Federasiyası və Koreya Xalq Demokratik Respublikası arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə, xalqlarımızın rifahı və firavanlığına, dövlət başçısının və bütün iştirak edənlərin şərəfinə qədəh qaldırmaq istərdim”, - Rusiya prezidenti deyib.
Putin “Təzə paltar yaxşıdır, köhnə dost daha yaxşıdır” Koreya və “Bir köhnə dost iki təzədən yaxşıdır” rus atalar sözlərini xatırladıb.
“Bu müdrik xalq sözləri ölkələr arasında mövcud münasibətlərə tam uyğundur”, - Rusiya lideri əlavə edib.