Ukrayna Silahlı Qüvvələri Klişçivka kəndində irəliləyir, bu istiqamətdə döyüşlər hələ də davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Şərq” qüvvələr qrupunun sözçüsü İlya Yevlaş məlumat verib.
“Klişçivkada irəliləyirik. Amma orada əməliyyatı tam başa vurduğumuzu söyləmək hələ tezdir, əməliyyatlar davam edir. Bundan başqa, Andriv, Baxmut və Kurdyumivka istiqamətində də uğurlar var”, - Yevlaş vurğulayıb.
O qeyd edib ki, Orixovo-Vasilivka xəttində Rusiya ordusunun 50 minə yaxın hərbçisi, 120-dən çox raket və 150 artilleriya sistemi, mindən çox zirehli texnikası var.
“Hazırda Orixovo - Vasilivka yaxınlığında, Baxmutun şimal cinahında düşmənin davamlı hücumları baş verir ki, bu da düşmənin hələ də müdafiəmizdə zəif nöqtələr tapmağa çalışdığını göstərir”, - Yevlaş vəziyyətlə bağlı deyib.