Ukraynanın müdafiə qüvvələri cənub cəbhəsində, eləcə də Baxmut ətrafında irəliləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna qüvvələrinin Zaporoje vilayətinin qərb və Baxmutun cənubundakı ərazilərdə irəlilədiyi bildirilir. Əsas irəliləyiş Zaporojenin qərbində - Robotindən (Orixovdan 12 km cənubda) cənubda qeydə alınıb.
ISW Ukrayna Baş Qərargahının qoşunların Kliçivka, Andrivka və Kurdyumivka yaxınlığında müəyyən uğurlar əldə etməsi barədə məlumatına da diqqət çəkib.
Eyni zamanda, ABŞ institutu rusların Ukraynanın mümkün mühasirə ilə bağlı narahatlığına səbəb olacaq - Kupyana qədər irəlilədikləri barədə iddialarının heç bir əyani sübutunu müşahidə etmir.