G-20-nin Hindistanda keçirilən sammitinin bağlanışında Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında qısa söhbət olub.
Teleqraf.com xəbər verir ki, Fransa lideri sammitdən bir neçə gün sonra həmin anın videogörüntüsünü sosial media hesabında paylaşıb.
Ərdoğan Makrona “Bəs gələcəkdin, gəlmədin” deyərkən, fransalı həmkarı ona belə cavab verir: “Gələcəkdim, amma siz xaricdə idiniz. Yaxşı, gələcəm”.
Qapıda qarşılaşan Türkiyə və Fransa prezidentlərinin qısa dialoqunu təqdim edirik:
Ərdoğan: İndi gedirəm.
Makron: Liviya haqqında yenidən danışa bilsək, məmnun olaram.
Ərdoğan: Gələcəkdin, gəl, danışaq.
Makron: Gəlmək istəyirdim, amma siz Türkiyədə deyildiniz.
Ərdoğan: Yox, indi gəl, gəl. Yaxşı?
Makron: Yaxşı, gələcəm.