“Türk dünyası oyanış yaşayır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türk dünyası güclü dövlət ənənəsi və uzaqgörən vətəndaş cəmiyyətləri ilə yeni bir canlanma yaşayır, bir oyanış içindədir. Rabitə imkanlarının yaxşılaşdığı bu dövrdə ana vətənlə diaspora əlaqələrini gücləndirmək əvvəlkindən daha asandır.
Bu gücün böyüklüyü təkcə bizə məlum deyil, bu mənzərəni özlərinə qarşı görənlər də eyni həqiqətin fərqindədirlər. Hətta ən qatı düşmənlərimiz də bunu görməzdən gələ bilməz”, - Türkiyə lideri bildirib.