Primorsk diyarının qubernatoru Oleq Kojemyako rusiyalı məktəbliləri “sağlamlıq tətili” üçün Şimali Koreyaya (KXDR) göndərməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə qubernator Teleqramda yazıb.
"Biz mütləq Şimali Koreya lideri Kim Çen In ilə geniş spektrli məsələləri, o cümlədən istirahət fəaliyyəti üçün məktəb qruplarının mehriban mübadiləsi perspektivlərini müzakirə edəcəyik", - qeyd edib.
Eyni zamanda Kojemyako vurğulayıb ki, Primorsk diyarı Şimali Koreyadan uşaqları xoreoqrafiya və musiqi məktəblərində oxumağa qəbul etməyə hazırdır.