Macarıstan xarici işlər naziri Peter Siyarto Avropa Birliyinin siyasəti ilə bağlı sərt açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Qərb blokunun tədarük zəncirinin Rusiya-Ukrayna müharibəsi ilə parçalandığını deyən Siyarto AB-nin bu durumdan çıxış yolunun Türkiyənin qurduğu körpü ola biləcəyini vurğulayıb.
Ölkəsinin Türkiyə ilə bağladığı qaz müqavilələrinə diqqət çəkən nazir bir çox AB ölkəsinin də oxşar mövqedə olduğunu bidlirib.
Siyarto AB-nin ikiüzlü münasibətini tənqid edib:
“AB liberal cərəyana qarşı duran bütün hökumətləri hədəfə alır. Macarıstan və Türkiyəni qeyri-demokratik olmaqda günahlandırırlar, eyni zamanda bu ölkələrdə hakimiyyətlərin arxasında duran güclü dəstəyə ciddi qısqanclıqla yanaşırlar”.
Macar nazir qeyd edib ki, Türkiyə kimi güclü hökumətləri olan ölkələr əsassız, qərəzli və ədalətsiz hücum və ittihamların hədəfindədir:
“Avropalıların çox kövrək siyasi sistemləri var, ona görə də seçkilərdə Ərdoğan və ya Orban kimi qalib gələ bilsəydilər xoşbəxt olardılar”.