18 Sentyabr 2023 23:57
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rəsmiləri tərəfindən əsir mübadiləsi razılaşması çərçivəsində azad edilən 5 amerikalının olduğu təyyarə Doha Beynəlxalq Hava Limanından havaya qalxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Təyyarə ABŞ-a uçub.

Bazar ertəsi axşam azad edilmiş 5 ABŞ vətəndaşını daşıyan təyyarə Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi rolunu oynayan Dohaya enib. Amerikalıları Qətərin İrandakı səfiri Məhəmməd bin Həməd əl-Həcri müşayiət edib.

Təyyarədə ABŞ administrasiyasının məlumatına görə, İranı tərk etmək qadağan edilmiş keçmiş məhbusların iki ailə üzvü də olub.

Bundan əvvəl “Press TV” xəbər verib ki, ABŞ rəsmiləri məhbus mübadiləsi sazişi çərçivəsində beş İran vətəndaşının hamısını azad ediblər. Onlardan ikisi - Mehrdad Muin Ansari və Reza Sarhanqpour artıq Tehrana gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər