2008-ci ildə qəbul edilən qərar illər sonra qüvvəyə minib. Hazırda Kərkükdə rəsmi dil kimi türk dili istifadə olunur.
Teleqraf.com xəbər verir ki, İraqın Türkmənistan şəhərində rəsmi dairələrdə və ictimai yerlərdə asılmış lövhələrdə türkcənin istifadəsinə ilk addım atılıb.
Tətbiq Kərkük valisi Raqan əl-Cuburinin imzaladığı qərarla başlayıb.
El Cuburi rəsmi ofislərin və ictimai yerlərdəki lövhələrin yoxlanılması və türkcənin olmadığı bütün lövhələrdə bu dildən istifadə edilməsi barədə göstəriş verib.
Qərardan sonra Kərkük valiliyi və Vilayət Məclisində türk dilində lövhələr asılıb.
Sentyabrın 18-dən etibarən qüvvəyə minən qərara görə, türk dili bütün əyalətdə rəsmi yazışmalar üçün etibarlı dillərdən biri olacaq. Qərar çərçivəsində şəhərin bütün məktəblərinin lövhələri yenilənəcək.
Lövhələrdə türkcəyə əlavə olaraq ərəb, kürd və süryani dillərindən də istifadə ediləcək.
Qərar Kərkükdə sevinclə qarşılanıb.