Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələri xüsusi əməliyyat keçirərək işğal olunmuş Melitopolda Rusiyanın gizli bazasına zərbələr endiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mediaya Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Hücumda Zaporoje istiqamətində döyüşən Rusiyanın 58-ci ordusunun komandanı, eləcə də qərargah rəisi yaralanıb.
“Komandir və qərargah rəisindən başqa, onlarla düşmən zabiti də yaralanıb, təxminən on nəfəri ölüb”, - məlumatda deyilir.
Hərbi bazanın raketlərlə hədəfə alındığı bildirilir.