"Avropa Birliyi Türkiyənin artan gücü qarşısında göz yaşı tökür. Ərdoğan iki mənbədən güc alır: bizim güc itirməyimizdən və korluğumuzdan".
Teleqraf.com xəbər verir ki, bu sözləri Avropa Parlamentinin iclasısında Fransanın sağçı millət vəkili Terri Mariani deyib.
O, Türkiyənin böyük bir sivilizasiaynın varisi olduğunu bəyan edib: "Kimlik önəmlidir. Elə siyasət də..."
Terri Mariani sözünə belə davam edib: "Türkiyənin həmlələri hər zaman Balkanlar və Afrikada maraqlarımıza zidd olub, amma biz ona cavab verə bilmədik. Artıq bu vəziyyətdən şikayətlənmək də əbəsdir".