14 Yanvar 2015 21:53
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın xaricində, o cümlədən İraq, Suriya, Ukrayna və digər ölkələrdə silahlı qruplaşmalarda təmsil olunmuş Gürcüstan vətəndaşları ölkənin qanunları ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılacaqlar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir jurnalistlərə açıqlamasında vurğulayıb ki, bu məsələ ilə bağlı qanunda da dəyişikliklər ediləcək: "Artıq bu məsələ ilə bağlı ölkənin güc strukturlarının əlavə və dəyişikliklər etdiyi yeni qanun layihəsi Gürcüstan parlamentinə təqdim olunub," nazir bildirib.


Müəllif:

Oxşar xəbərlər