ABŞ-ın Nyu York ştatında aramsız leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
“Nyu York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib”, - deyə Nyu York ştatının qubernatoru Keti Hokul X səhifəsində yazıb.
Qeyd edək ki, ötən gündən başlanan leysan ştatda nəqliyyatın fəaliyyətini iflic edib.