1 Oktyabr 2023 19:26
5 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hazırda Ukrayna hərbçilərinə təlim keçmək üçün öz hərbi təlimatçılarını Ukraynaya göndərməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rişi Sunak bildirib.

Britaniya müdafiə naziri Qrant Şapps bundan əvvəl qoşunların gələcəkdə Ukraynaya göndəriləcəyini açıqlamışdı. Bununla belə, Sunak əmindir ki, müdafiə nazirinin sözləri yanlış anlaşılıb.

“Hesab edirəm ki, bu barədə məlumat təhrif edilib. Müdafiə nazirinin dediyi odur ki, gələcəkdə bir gün bu təlimin bir hissəsini Ukraynada keçirməyimiz tamamilə mümkündür. Ancaq bu, indiyə yox, uzunmüddətli perspektivə aiddir”, - baş nazir deyib.

Sunak həmçinin Britaniya əsgərlərinin Ukraynada hərbi əməliyyatlarda birbaşa iştirak edə biləcəyini təkzib edib:

“Bizim gördüyümüz iş ukraynalıların təlim-tədrisidir. Biz bunu burada - Böyük Britaniyada edirik. Bu, hər kəsin fəxr etməli olduğu bir şeydir, çünki bu, böyük fərq yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər