1 Oktyabr 2023 22:45
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov və Pentaqonun rəhbəri Lloyd Ostin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Klymenko Time" xəbər verir.

Umerovun sözlərinə görə, Ostin Amerikanın Ukraynaya dəstəyinin davam edəcəyini qeyd edib.

Bundan əvvəl Pentaqonun yüksək rütbəli rəsmisi departamentin Ukraynaya hərbi yardımı davam etdirmək üçün kifayət qədər resursunun olmamasından şikayət etmişdi.

Nəşr qeyd edir ki, Amerika müdafiə departamenti Ukraynaya təhlükəsizlik yardımı üçün bütün mümkün maliyyə vəsaitlərini demək olar ki, tükəndirib.

Pentaqon vurğulayıb ki, Vaşinqton tezliklə Kiyevi silahla təmin etmək imkanını itirəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər