5 Oktyabr 2023 18:42
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa bir həftə ərzində qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Bir sıra hərbi hissələrin çıxarılması ilə bağlı danışıqlara başlanılıb. Terrorla mübarizədə əməkdaşlığın dayandığı bir şəraitdə bu cür müzakirələrin başlanması normaldır”, - məlumatda deyilir.

Bundan əvvəl Fransanın “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen Parisin Afrika siyasətini tənqid edib. O, Fransanın Nigeri alçaldıcı şəraitdə tərk etdiyini bildirərək, ölkəsinin qitədən qovulduğunu vurğulayıb.

İyulda Nigerdə hakimiyyəti ələ keçirmiş hərbçilər Fransadan ölkə ərazisindəki qoşunlarını çıxarmağı tələb etmişdi. Bundan başqa, Fransanın Nigerdəki səfiri Silvan İtte də ölkədən qovulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər