6 Oktyabr 2023 01:59
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin gələn qışda ölkənin hava məkanını qorumaq üçün Kiyevə daha bir “Patriot” hava hücumundan müdafiə sistemi verəcək.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Avropa Siyasi Cəmiyyətinin üçüncü sammiti zamanı deyib.

Şolzun sözlərinə görə, o, artıq Ukrayna prezidenti Vladimir Zelenskiyə müvafiq planlar barədə məlumat verib. Eyni zamanda, Berlin təmsilçisi bu kompleksin yazın əvvəlinə qədər döyüş bölgəsində olacağını dəqiqləşdirib.

"İndi ən çox ehtiyac duyulan budur", deyə bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər