8 Oktyabr 2023 15:08
2 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsraildə baş verənlər Yaxın Şərqdə təhlükəsizlik sisteminin nə qədər qeyri-sabit olduğunu bir daha göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“İsraildə baş verənlər Yaxın Şərqdə təhlükəsizlik sisteminin nə qədər kövrək və qeyri-sabit olduğunu bir daha göstərir. Bunun nəticəsi indi baş verən təxminən son on ilin ən qanlı münaqişəsi, “İbrahim” müqaviləsinin ləğvi, İsraillə bir sıra ərəb ölkələri arasında bu yaxınlarda bağlamış bütün layihələrin məhdudlaşdırılmasıdır. O cümlədən təhlükəsizlik sahəsində...

Bir neçə gün əvvəl İsraildən keçməli olan Hindistan-Avropa (IMEC) iqtisadi dəhlizi layihəsi elan edilmişdi. Bu, belə projelərdən yalnız biridir. Beləliklə, bütün bunları kim planlaşdırmışdısa, Yaxın Şərq siyasətinin “günəş pleksusu”nu vurdu”, - politoloq bildirib.

IMEC (Hindistan-Yaxın Şərq-Avropa dəhlizi) layihəsinə dair müqavilə G-20 ölkələrinin sentyabrda Hindistanda keçirilən sammitində imzalanıb. Müqavilə iştirakçılarına ABŞ, Fransa, Almaniya, Avropa Birliyi, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər