8 Oktyabr 2023 17:22
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Fələstin-İsrail münaqişəsinin tərəflərini vəziyyəti sülh yolu ilə həll etməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarovun şərhində deyilib.

“Qazaxıstan Fələstin-İsrail münaqişəsinin çoxlu sayda mülki insan tələfatı ilə sonuclanan ciddi gərginləşməsindən dərin narahatlığını bildirir. Biz tərəfləri vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi alətlər axtarmağa və təkcə iki dövlət arasında deyil, bütövlükdə Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq”, - o qeyd edib.

Smadiyarov bildirib ki, Qazaxıstanın Təl-Əvivdəki səfirliyi İsraildəki həmvətənləri ilə daimi əlaqə saxlayır. “Səfirlikdə “qaynar xətt” yaradılıb, Qazaxıstan Respublikası vətəndaşlarının vətənlərinə qayıtmalarına köməklik göstərilməsi üçün onların siyahısı tərtib edilir”, - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər