İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşları Misiri tərk etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu məlumat İsrail hökumətinin saytında yerləşdirilib.
“Biz ölkə vətəndaşlarını xaricə planlaşdırılan səfərlərini yenidən nəzərdən keçirməyə və şübhə doğuran ölkələrə, xüsusən də Yaxın Şərqə getməməyə çağırırıq”, - deyə Təhlükəsizlik Şurası vurğulayıb.
Səyahət planlaşdırarkən vətəndaşlar yalnız mümkün hücumlar barədə xəbərdarlıq olmayan ölkələrə səyahət etməyə çağırılır. Qeyd olunur ki, İsrailə uçan şirkətlərin sayının azalması səbəbindən vətənə qayıtmaq çətinləşə bilər.
Qeyd edək ki, bu gün günorta saatlarında Misir polisi İsraildən gələn turistlərə atəş açıb. Məlumatlara görə, hazırda Misir və İsrail sərhədindəki keçid məntəqəsindən nəqliyyatın hərəkəti dayandırılıb.