15 Yanvar 2015 21:29
3 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada təxminən dörd ildir ki, davam edən vətəndaş müharibəsi ölkəni böyük humanitar fəlakət həddinə çatdırıb. Hazırda ölkə əhalisinin yarısı – 12 milyon nəfər aclıq, səfalət və ölümlə üz-üzə qalıb.

Teleqraf.com-un məlumatına görə, əksər dünya ölkələri yaranmış vəziyyəti laqeydlik, biganəlik, susqunluqla seyr edir.

BMT-nin İnsan Haqları Komitəsinin son hesabatında göstərilir ki, yaranmış qarşıdurmanın qurbanı olan milyonlarla suriyalıya edilən kömək çox cüzi və qeyri-qənaətbəxşdir.

Əksəriyyəti qadın və uşaqlardan ibarət bu insanların 7,6 milyonu Suriya daxilində həyatına davam etməyə çalışır. 3,8 milyonu isə Türkiyə, İordaniya, Livan və İraq kimi qonşu ölkələrə sığınmağa məcbur olublar.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər