Mümkün regional müharibənin qarşısını almaq istəyən BƏƏ Suriya Prezidenti Bəşər Əsədə xəbərdarlıq mesajı göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” nəşri məlumat yayıb.
“HƏMAS-İsrail savaşına qarışmayın”, - Suriya başçısına verilən mesajda deyilir.
BƏƏ rəsmiləri ölkələrinin Əsədi Suriyadan İsrailə hücumlara icazə verməməyə çağırıblar.
Məqalədə BƏƏ-nin həm Suriya, həm də İsraillə yaxşı münasibətlərinin olduğu, Əsədə göndərilən mesajla bağlı ABŞ-ın məlumatlandırıldığı bildirilib.