12 Oktyabr 2023 12:08
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın HƏMAS-ın İsrailə hücumundan xəbəri olmadığı barədə məlumat alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti ABŞ kəşfiyyatına istinadla bildirib.

Nəşrin iddiasına görə, hücum İran hakimiyyəti üçün sürpriz olub.

Amerikalı rəsmilər qəzetə deyiblər ki, bu məlumat İranın İsrailə hücumun planlaşdırılmasında bilavasitə əli olduğuna dair şübhələri daha da artırsa da, belə bir sübut tapılmayıb.

Rəsmilər onu da bildiriblər ki, kəşfiyyat İranın mümkün iştirakı ilə bağlı araşdırmaları davam etdirir.

NYT qeyd edir ki, İran uzun illər HƏMAS-a böyük həcmdə silah tədarük edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər