Çində baş verən bədbəxt hadisə çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub. Ölkənin cənubunda super marketin qarşısında baş vermiş güclü partlayış nəticəsində altı nəfər dünyasını dəyişib.
Teleqraf.com-un Gazeta.ru-ya istinadən məlumatına görə, insident Quansi-Çjuan muxtar rayonunda yaşanıb. İlkin məlumata görə, hadisə ərzaq köşkündə qaz balonu partlaması nəticəsinsə baş verib.
Partlayış nəticəsində ümumilikdə 6 nəfər ölüb, 19 nəfər ymüxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Partlayışın səbəbləri dəqiqləşdirilir.