Avropa İttifaqı və Türkiyə terorçuluqla birgə mübarizə aparmaq barədə anlaşma əldə ediblər. Tərəflər Fransada törədilmiş terror aktlarından sonra terrorla mübarizə sahəsində ortaq səylərin vacib olduğunu vurğulayıblar. Mövcud şəraitdə dialoqun aktivləşdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşündən sonra mətbuat konfransında bildirb.
“Parisdə bu günlərdə törədilən qətllər fonunda biz terrorla mübarizə sahəsində dialoqumuzu daha aktiv etməliyik” - deyə, o İŞİD terror qruplaşmasının təhlükə yaratdığını söyləyib.