“Bölgədə yeni cəbhənin açılması İsrailin Qəzzadakı hərəkətlərindən asılıdır”.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
İranlı nazir İsrailin tamamilə mühasirəyə aldığı Qəzzada qətliam başlatdığını, başda ABŞ olmaqla bəzi tərəflərin Təl-Əvivə dəstək verdiyini bildirib.
“Bu şəraitdə hər cür ehtimal reallaşa bilər. Regionda yeni gəlişmələrin şahidi ola bilərik”, - Abdullahiyan söyləyib.
İranın baş diplomatı HƏMAS-ın İsrailə hücumunu fələstinlilərə qarşı ayrı-seçkilik və Təl-Əvivin radikal yanaşmalarından qaynaqlandığını vurğulayıb.
Abdullahiyan fələstinlilərə dəstək üçün hər cür təşəbbüsü alqışladıqlarını qeyd edib.
Abdullahiyan bildirib ki, bəzi ölkələrin rəsmiləri Tehrana regionda yeni cəbhənin açılması imkanları barədə sual veriblər:
“Biz onlara dedik ki, gələcək ehtimalların cavabı sionist rejimin Qəzzadakı hərəkətlərindən asılıdır”.