14 Oktyabr 2023 00:31
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Fələstinin HƏMAS radikal hərəkatı ilə qarşıdurmada özünü müdafiə etmək hüququ və öhdəliyi olan İsraili dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen İsrailə səfəri zamanı bildirib.

“Bu ağlasığmaz faciə qarşısında yalnız bir mümkün cavab var: Avropa İsrailin tərəfindədir. İsrailin özünü müdafiə etmək hüququ var. Faktiki olaraq o, öz xalqını müdafiə etməlidir. HƏMAS tərəfindən törədilən vəhşiliklər terrordur. Bu, müharibə aktıdır. Heç nə HƏMAS-ın hərəkətlərinə haqq qazandıra bilməz. İsrail və onun xalqı ilə həmrəylik nümayiş etdirməyin vaxtı gəlib çatıb. Mən də məhz buna görə buradayam”, – o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər