Türkiyə Xarici İşlər naziri Hakan Fidan Misirdə diplomatik görüşlər keçirəcək.
Teleqraf.com xəbər verir ki, Fidan Misirin xarici işlər naziri Samih Şükrinin dəvəti ilə rəsmi səfər çərçivəsində Misirin paytaxtı Qahirəyə gəlib.
Fidanı Qahirə hava limanında Misir xarici işlər nazirinin müavini Mohamed Zazou və Türkiyənin Qahirə səfiri Salih Mutlu Şen qarşılayıb.
Fidan Şükrinin dəvətinə cavab olaraq bu gün və sabah Misirdə rəsmi görüşlər keçirəcək.
Nazirlik səfərlə bağlı verdiyi yazılı açıqlamada qeyd edib ki, görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, cari regional hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.