Avropa Parlamenti Baş Assambleyası Rusiyaya qarşı embarqonu davam etdirmək niyyətindədir.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, məsələ ilə bağlı bu gün keçirilən iclasda Rusiyanın Ukraynadakı təcavüzkar mövqeyini dəyişdirməməsi səbəbindən belə bir qərar qəbul edilib. Yayılan xəbərlərə görə, Rusiya Ukraynadakı atəş rejiminə riayət edənə, əsgər və hərbi sursatını bu ərazidən çıxarana qədər embarqoların davam etdirilməsi qərar alınıb.
Qərarda həmçinin Avropa Birliyinin Ukraynaya lazımi humanitar yardımların edilməsi də nəzərdə tutulub.
Samir