ABŞ-ın F-15E “Strike Eagle” qırıcıları Amerikanın mövqelərini gücləndirmək üçün Yaxın Şərqə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“494-cü Ekspedisiya Qırıcı Eskadronun F-15E təyyarələri ABŞ-ın mövqelərini və Yaxın Şərqdə hava əməliyyatlarını gücləndirmək üçün ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına gəlib”, - CENTCOM-un açıqlamasında deyilir.
Bundan əvvəl ABŞ-ın “Gerald Ford” təyyarədaşıyan gəmisi zərbə qrupu ilə Aralıq dənizinin şərqinə gəlib. Ağ Ev bildirib ki, bunda məqsəd üçüncü tərəfləri İsrail ətrafında eskalasiyanı genişləndirməkdən çəkindirməkdir. Təyyarədaşıyan gəmidən başqa, zərbə qrupuna bir raket kreyseri və idarəolunan raketləri daşıyan 4 esmines daxildir.