14 Oktyabr 2023 15:52
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni evlənən gənc cütlüklərə veriləcək evlilik kreditinin təfərrüatı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, evlilik kreditindən ilk dəfə evlənəcək 18-25 yaş arası gənclər yararlana biləcək.

Qərara görə, 150 ​​min lirə (9 min 180 AZN) həcmində faizsiz kredit dəstəyi ilk dəfə evlənəcək gənc cütlüklərə 48 ay müddətə, 2 illik güzəştlə veriləcək. Kredit veriləcək gənclərin iqtisadi vəziyyəti də nəzərə alınacaq.

Tətbiq üçün pilot bölgə olaraq 6 fevral zəlzələsindən zərər çəkmiş 11 vilayət seçilib.

Bundan əlavə, gənclərə vergidən azad mobil telefonlar, 18 yaşına çatmış gənclər üçün pulsuz 10 GB internet, evdar qadınlara premium dəstək, uşaqlı qadınlar üçün erkən pensiya imkanları təqdim ediləcək. Təklifin bu ay ərzində parlamentə gəlməsi və qanuna minməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər