Polşada bu gün parlament seçkiləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, seçkilərin nəticəsi ölkə parlamentinin tərkibini və bununla da, növbəti dörd il üçün hökumətin tərkibini müəyyən edəcək.
Seçkilər Polşa Milli Assambleyasının 560 üzvünü müəyyənləşdirəcək (Seymin 460 deputatı və Senatın 100 üzvü).
Ölkədə seçki məntəqələri yerli vaxtla saat 7:00-dan 21:00-dək açıq olacaq.