İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti Blinkenlə Salman arasında dünənki görüşün təfərrüatlarını yazıb.
Nəşr ərəb dünyasının ən nüfuzlu liderlərinin sərt müqaviməti ilə üzləşən Blinkenin Salmanla görüşmək üçün saatlarla gözlədildiyini iddia edib. Məqalədə şahzadənin axşam saatlarında keçirilməsi planlaşdırılan görüşə səhər saatlarında gəldiyi bildirilib.
Görüş başlayarar-başlamaz Salman İsrailin ünvanına sərt sözlər işlədərək, Qəzzanın susuz, işıqsız qaldığını deyərək, buna son qoyulmasının vacib olduğunu bildirib.
“Şahzadə hərbi eskalasiyanı dayandırmağa çağırıb ki, bu da ABŞ-ın HƏMAS-ı məhv etmək kimi maksimalist məqsədinə nail olmaq üçün İsraili dəstəkləməsi ilə birbaşa ziddiyyət təşkil edir”, - nəşr yazır.