Fransa Prezidenti Emmanuel Makron İsrailə səfər etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Fransa lideri yaxın vaxtlarda İsrailə getmək istədiyini bildirsə də, tarixi dəqiqləşdirməyib.
“Mən İsrailin özünümüdafiə hüququnu dəstəkləyirəm, amma bu, həmişə beynəlxalq və humanitar hüquqa uyğun olmalıdır”, - Makron deyib.