18 Oktyabr 2023 11:43
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəzzada xəstəxana ABŞ-ın MK-84 bombası ilə partladılıb”.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Yusuf Akbaba deyib.

“Qəzza xəstəxanası MK-84-lə vurulub. Bu hücum açıq şəkildə İsrail ordusu tərəfindən həyata keçirilib. Reaksiyaları yüngülləşdirmək və vaxt qazanmaq üçün yalan danışırlar”, - ekspert bildirib.

Terror və təhlükəsizlik eksperti Coşkun Başbuğ isə Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına hücumlarının arxasında ABŞ-ın olduğunu iddia edir.

Başbuğ da söyləyib ki, İsrail hücumu ABŞ-dan aldığı MK-84 raketi ilə həyata keçirib:

“ABŞ İsrailin Qəzzada xəstəxanaya atdığı MK-84 sursatını iki gün əvvəl verib. Hadisələr apokaliptik müharibəyə doğru gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər