İsrail parlamentinin (Knesset) Milli Təhlükəsizlik Komitəsinin sədri Zvika Foqel Qəzzadakı durumla bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, komitə sədri İsrailin düşmənlərinin tamamilə məhv edilməli olduğunu bildirib.
“Mənim fikrimcə, Qəzzada günahsız insan yoxdur. Aşkar silah gəzdirənlər və indi açıq şəkildə mənimlə döyüşməyənlər var. Bura buraxdığımız işçilər HƏMAS-ın hücumu üçün xəritələri hazırlayan və onlara məlumat verənlərdir. HƏMAS gələndən sonra bizi talayanlar onlardır. Ümid edirəm ki, nəhayət bunu anlamağa başlayırıq”, - Foqel deyib.
İsrailli siyasətçi Qəzzadakı qruplaşmaları “nasistlər və İŞİD-dən daha pis düşmən” adlandırıb.
“Məqsəd düşməni tamamilə məhv etmək olmalıdır”, - Foqel əlavə edib.