İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan təşkilatın Baş katib Antonio Quterreşi istefaya çağırıb.
Teleqraf.com xəbər verir ki, Gilad Erdan bununla bağlı sosial şəbəkə hesabında məlumat verib:
“Uşaqların, qadınların və qocaların kütləvi qətli kampaniyasına anlayış göstərən BMT-nin Baş katibi BMT-yə rəhbərlik etməyə yaraşmır. Onu dərhal istefaya çağırıram”.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Eli Koen də BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən imtina etdiyini bildirmişdi.