“Hizbullah” lideri Həsən Nəsrullah Fələstin “İslami Cihad” Hərəkatının lideri Ziyad ən-Nəhhalə və HƏMAS-ın siyasi bürosunun sədrinin müavini Saleh əl-Aruri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, tərəflər Livanın paytaxtı Beyrutda bir araya gəliblər.
Görüşdə Qəzzada baş verən son hadisələr və HƏMAS-İsrail savaşı müzakirə olunub.
“Hizbullah”dan verilən açıqlamaya görə, Fələstinin “müqavimət cəbhəsi”nin bu prosesdə qələbəyə nail olması üçün görülə biləcək işlər nəzərdən keçirilib.
“Hizbullah” lideri İsrail-Fələstin münaqişəsinin başladığı 7 oktyabrdan bəri ilk dəfə HƏMAS və “İslami Cihad”ın liderləri ilə görüşüb.